AOK-un keçmiş prezidenti azadlığa buraxılıb


Braziliya məhkəməsi Avropa Olimpiya Komitəsinin keçmiş prezidenti Patrik Hikkiyə ölkəni tərk etməyə icazə verib. Məlumat üçün bildirək ki, Patrik Hikki Rio-2016 Yay Olimpiya Oyunlarının keçirildiyi günlərdə Braziliyada həbs edilib. 71 yaşlı irlandiyalı mütəxəssis biletlərin satışı ilə bağlı dələduzluqda ittiham edilərək ev dustağı edilmişdi. Oktyabr ayının axırlarında Braziliya hökuməti şəxsiyyət vəsiqəsini özünə qaytararaq onun ölkədən çıxmasına icazə verib.

Patrik Hikki 1989-cu ildən 2006-cı ilə kimi İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışıb. 2006-cı ildən AOK-un prezidenti, 2012-ci ildən isə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Həkimlər Hikkinin vəziyyətinin get-gedə pisləşdiyini və ürəyində təcili əməliyyat olunması barədə rəy veriblər.



Bu yazı

24258 dəfə oxunub

Tarix

2016-11-18 16:09:38

Yazını

Çap et

Yazını

Paylaş