İlk peşəkar turnir keçirilib

"Tunel klub”da kikboks üzrə qadınlar arasında ilk peşəkar turnir keçirilib.

Olimpnews.az saytının məlumatına görə, bir neçə aydır, qadınlar üzrə yığma komandamızın baş məşqçisi Anar Süleymanovun rəhbərliyi ilə yarışa ciddi hazırlaşan 9 kikboksçumuz eyni sayda İran İslam Respublikasının təmsilçilərini rinqdə sınağa çəkiblər.

Yarışı giriş sözü ilə federasiya rəsmiləri idmançılara uğurlar arzuladıqdan sonra döyüşlərə start verilib. Gərgin idman mübarizəsi şəraitində keçirilən turnir maraqlı döyüşlərlə yadda qalıb. Yekunda yığmamız 3:1 hesabı ilə qonaq komandaya qalib gəlib.

Sonda qalib və mükafatçılara medal, diplomlar təqdim olunub və xatirə şəkli çəkilib.




Bu yazı

11861 dəfə oxunub

Tarix

2016-11-21 17:02:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook