Xasavyurtda xatirə turniri keçirilib


Rusiyanın Xasavyurt şəhərində cüdo üzrə SSRİ idman ustası Arslanbek Mamayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Olimpnews.az saytının məlumatına görə, yarışda Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın 2003-2005-ci illər təvəllüdlü idmançıları iştirak ediblər. Ölkəmizi turnirdə baş məşqçi İbadulla Şahbanovun rəhbərliyi ilə 13 nömrəli İOUGİM-un 15 yetirməsi təmsil edib. Onlardan beşi fəxri kürsüdə yer tutmağı bacarıblar.

Murad Muradlı (29 kq) bütün rəqiblərini məğlub edərək çempion adını qazanıb. 38 kq-da mübarizə aparan Nizami İmranov gümüş medal qazanıb. Hilal Hüseynov, Fərid Abuzadə (hər ikisi 55 kq) və Sərdar Ağayev (42 kq) isə üçüncü yerə layiq görülüblər.

Beləliklə, komandamız yalnız Rusiya komandasından geri qalaraq ümumi hesabla ikinci olublar.

Məşqçinin bildirdiyinə görə, xatirə turnirlərinin keçirilməsi vacibdir və bu yarışda qazanılan nəticələri uğurlu hesab etmək olar.



Bu yazı

13059 dəfə oxunub

Tarix

2016-11-28 17:07:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook