XIX Respublika Spartakiadası başa çatıb




"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) ölkədə bədən tərbiyəsi və idmanın inkişafı, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanması istiqamətində özünəməxsus dəsti-xətti vardır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Zenit" İdman Cəmiyyətində idmanın sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir. 

"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi fəaliyyətə başladığı ilk gündən etibarən bu quruma aid olan müəssisə, idarə və təşkilatlarda, bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayrılır. Cəmiyyət Elektroenergetika və Eektrotexnika sənayesi, Müdafiə sənayesi, Metropoliten İşçiləri, "Bakı Stil Kompani”, Aviasiya işçiləri, Metal işçiləri, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Respublika Komitələri ilə birlikdə bir sıra idman tədbirlərini təşkil edir. Belə tədbirlərdən biri də ənənəvi olaraq hər il təşkil edilən spartakiadalardır. 

Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin edilməsi, eləcə də müəssisə və təşkilatların, fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmələri, həm də bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş növbəti XIX Respublika Spartakiadasına artıq yekun vurulub. Spartakiadaya oktyabrın 11-də start verilib və yarışlar noyabrın 23-də yekunlaşıb. Yarışlara baş hakimliyi Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev edib. Baş hakimə respublika dərəcəli hakimlər Ramil Əliyev və Əzim Süleymanov komək edib. Spartakiadanın proqramında 10 idman növü - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı yer alıb. Spartakiada yarışlarının finalında 230 nəfər qüvvəsini sınayıb ki, onun 15-i qadındır. Yarışın ümumi nəticəsinə əsasən, 1-ci yerə Metropoliten işçilərinin komandası layiq görülüb. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçilərinin komandası 2-ci, Aviasiya işçiləri isə 3-cü yeri tutublar. Mükafatalayiq yer tutan kollektivlər diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.





Səadət Hakıyeva




Bu yazı

16850 dəfə oxunub

Tarix

2016-12-05 12:51:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook