“Qartal”ın üzvləri açıq Avropa kubokunda yarışacaqlar

Dekabrın 14-19-da Türkiyənin Antalya şəhərində muay-tay üzrə klublararası açıq Avropa kuboku təşkil ediləcək.

Olimpnews.az saytının məlumatına görə, 40 ölkənin iştirakı ilə 7 yaş qrupu üzrə 42 çəki dərəcəsində keçiriləcək yarışda ölkəmizi "Qartal” Peşəkar İdman Klubunun direktoru Yaqub İbrahimovun rəhbərliyi altında 24 idmançı təmsil edəcək. Yarışda iştirak edəcək komandanın heyətində paytaxtla yanaşı, klubun Laçın, Türkan, Zabrat, Sabunçu, Qusar, fillialarının idmançıları da yer alıblar. Klubun üzvləri kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında çıxış edəcəklər.

İlk dəfə olaraq klubu böyüklər arasında 3 qadın döyüşçü də təmsil edəcək. Bu yaş qrupu üzrə kişilər arasında təmsilçilərimiz Cavidan Cəfərli (52 kq), Murad Babayev (67 kq) peşəkarlar arasında qüvvəsini sınayacaq. Məlumat üçün bildirək ki, bu, ikiqat Avropa çempionu Cavidan Cəfərlinin peşəkar rinqdə keçirəcəyi 15-ci döyüş olacaq. Murad Babayev isə peşəkarlar arasında döyüşdə 12-ci dəfə qüvvəsini sınayacaq. "Qartal” PİK-in direktoru Yaqub İbrahimovdan aldığımız məlumata görə, komanda yarışlara bir aydır ki, hazırlaşır. Komanda yarışqabağı Gürcüstanda 1 aylıq təlim-məşq prosesində də iştirak edib. İl ərzində «Qartal» klubunun idmançıları "Antalya kuboku” yarışlarında, İranda və Gürcüstanda keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Klub direktorunun sözlərinə görə, filialları təmsil edən idmançılar arasında çempion olmağa namizəd döyüşçülər var. Bunu isə klubun uğurlu fəaliyyətinin göstəricisi kimi qiymətləndirmək olar.

Qeyd edək ki, bu il "Qartal” PİK-in yaranmasının 18 ili tamam olur. Dekabırın 23-25-də ölkəmizdə klubun 18 illik fəaliyyətinə həsr olunmuş klublararası beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulur.




Bu yazı

9250 dəfə oxunub

Tarix

2016-12-05 18:37:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook