Baş katib Yunanıstana gedəcək

Dekabrın 10-da Yunanıstanın Lutraki şəhərində Avropa Cüdo İttifaqının (EJU) 68-ci konqresi keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, Konqresdə Avropa Cüdo İttifaqının 4 illik hesabatı dinləniləcək. Tədbirdə həmçinin EJU-nun yeni prezidenti və baş katibi, vitse prezidenti postuna da seçkilər keçiriləcək.

Konqresdə Təhsil, Marketinq və Hakimlər komissiyalarına da yeni namizədlərin seçiləcəyi gözlənilir. Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı Yunanıstana yollanacaq. O, Avropa Cüdo İttifaqının 68-ci konqresinin səsvermə prosesində iştirak edəcək.





Bu yazı

9719 dəfə oxunub

Tarix

2016-12-05 19:27:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook