Azərbaycan Taekvando Federasiyası dünyanın ən yaxşısı seçilib




Dünya Taekvando Federasiyası (DTF) 2016-cı ilə yekun vurub.

Bununla bağlı Bakıda keçirilən tədbirdə DTF-nin prezidenti Çunqvon Çu, müxtəlif ölkələrin taekvando federasiyalarının prezidentləri, Azərbaycan Taekvando Federasiyasının prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak ediblər.

Dünya Taekvando Federasiyasının rəhbəri Çunqvon Çu Azərbaycan Taekvando Federasiyasının prezidenti, DTF-nin vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib.
Sonra DTF bu idman növü üzrə ilin "ən yaxşıları”nın adlarını elan edib. Dünyanın ən yaxşılarının siyahısında həm Azərbaycan Taekvando Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost var.




Bu yazı

9140 dəfə oxunub

Tarix

2016-12-12 10:15:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook