Kütləvi dava




ABŞ-ın qadınlar arasında tələbə basketbol liqasında "Yuta" - "Nevada" matçı zamanı kütləvi toqquşma yaşanıb.

"Olimpnews.az” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nevada Universiteti arenasındakı görüşün üçüncü dövrəsinin sonlarında baş verib.

İnsidentə "Yuta"nın oyunçusunun rəqibi itələməsi səbəb olub. Meydana ehtiyat oyunçular da girdikdən sonra dava böyüyüb. Amma toqquşmanı tezliklə aradan qaldırmaq mümkün olub.
Qeyd edək ki, görüş "Yuta"nın overtaymda 55:53 hesablı qələbəsi ilə yekunlaşıb.




Bu yazı

11050 dəfə oxunub

Tarix

2017-01-09 10:08:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook