Cüdoçularımız Avstriyaya yollanıblar


Cüdo üzrə Azərbaycan milli komandası geniş heyətlə Avstriyaya yollanıb. İdmançılarımız Mittersil şəhərində təlim-məşq toplanışı keçəcəklər. Olimpnews.az saytının məlumatına görə, hazırlığa əsas millinin, qadınlar, gənclər və paralimpiya komandalarımızın üzvləri cəlb olunublar.

Hər il ənənəvi qaydada təşkil edilən Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları təmsil olunurlar.

Təlim-məşq toplanışına yanvarın 18-də yekun vurulacaq.


Bu yazı

15591 dəfə oxunub

Tarix

2017-01-13 11:34:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook