Yeniyetmə cüdoçularımız hakimlik qaydaları ilə bağlı məlumatlandırılıblar


Yeniyetmələrdən ibarət cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.

Olimpnews.az saytının məlumatına görə, ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

Komandamız 2017-ci ildə Litvada Avropa çempionatı, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək.

Artıq yeniyetmə idmançılarımız, məşqçi heyəti cüdonun yeni qaydaları ilə bağlı məlumatlandırılıblar. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov yanvarın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.



Bu yazı

11148 dəfə oxunub

Tarix

2017-01-26 18:25:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook