Cüdoçularımız İtaliyada 13 medal qazanıblar




Cüdoçularımız İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea” beynəlxalq turnirində 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.

22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc cüdoçu mübarizə aparıb.
Azərbaycan komandasının heyətində Hacı Musayev (55kq), Kəramət Hüseynov (60 kq), İsmayıl İbrahimov (66 kq), Hasil Cəfərov (73 kq) və Aslan Mirzəyev (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq) və Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.



Bu yazı

11256 dəfə oxunub

Tarix

2017-01-30 10:52:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook