Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib


Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri ərəfəsində bu şəhərdəki Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın dəstəyi və Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə tədbir təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, tədbirin keçiriləmsində əsas məqsəd beynəlxalq turnir ərəfəsində dünya cüdo ailəsinin üzvlərini bir araya gətirmək olub.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iştirakçıları salamlayıb, SOCAR-a, Azərbaycan Cüdo Federasiyasına dəstəyə görə təşəkkür edib. O, həmçinin Fransa Cüdo Federasiyasına cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinin təşkilinə görə minnətdarlığını bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb, ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. İdmanın əhəmiyyətini vurğulayıb.

Rövnəq Abdullayev bildirib ki, SOCAR hər zaman cüdo ailəsinin yanında olacaq və onu dəstəkləyəcək.

Fransadakı səfirliyimizin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova səfirin adından çıxış edərək, tədbir iştirakçılarını salamlayıb.



Bu yazı

10389 dəfə oxunub

Tarix

2017-02-14 13:37:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook