Ölkə çempionatında Güney Məmmədzadə irəlidədir


Bakıda qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.

Olimpnews.az saytının məlumatına görə, yarışda 20-dən çox şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq adlarına layiq görülmüş 14 şahmatçı iştirak edir.

Yeddi turdan sonra 5,5 xal toplamış qrossmeyster Günay Məmmədzadə yarışda liderlik edir. Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva ondan 0,5 xal, Xəyalə Abdulla və Xanım Balacayeva 1 xal geri qalırlar.

Ölkə çempionatı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.


Bu yazı

27505 dəfə oxunub

Tarix

2017-02-16 16:25:23

Yazını

Çap et

Yazını

Paylaş