Gənclər və idman naziri Sumqayıtda vətəndaşları qəbul edib


Aprelin 17-də gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edib.

Olimpnews.az saytnın məlumatına görə, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminat məsələlərinə dair olub.

Əksəriyyəti idman sahəsi üzrə olan müraciətlər fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqlarla təmini, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakına dair olub.

Gənclər sahəsində müraciətləri qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin olunması və fəaliyyəti məsələləri təşkil edib.

Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.



Bu yazı

8083 dəfə oxunub

Tarix

2017-04-17 17:15:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook