“Fighter” klubunun idmançıları fərqləniblər


Bakı İdman Sarayında kikboksinq üzrə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında yeniyetmə və kadetlər arasında respublika birinciliyi keçirilib. Yarışda "Fighter” idman klubunun təmsilçiləri də qüvvələrini sınayıblar.

Klubun direktoru və baş məşqçisi Tural Rəfiyevin "Olimpiya dünyası” qəzetinə verdiyi məlumata görə, yarışda idman ocağının yetirmələri uğurla çıxış ediblər. Belə ki, Uğur Həsənzadə (81 kq) üçüncü dəfə ölkə çempionu adını qazanıb. Süleyman Nuriyev (39 kq) və Qara Məmmədov (+33 kq) isə bürünc medallara layiq görülüblər. Baş məşqçi komandanın çıxışından razı qaldığını bildirdi: "Yetirmələrim onlara bəslənilən ümidləri doğrultdular. Uğur Həsənzadənin çempion olacağına inanırdım. Digər yetirmələrim isə bir neçə aydır ki, məşqlərə başlayıblar. İnanıram ki, onlar da qarşıdakı yarışlarda etimadı doğruldacaqlar”.

Qeyd edək ki, qarşıda "Fighter” klubunun idmançılarını aprelin 29-30-da keçiriləcək "Şindi” kikboksinq klubunun açıq birinciliyi gözləyir. Aprel şəhidlərinin xatirəsinə həsr olunacaq yarışda "Fighter”in 15 idmançısı mübarizə aparacaq. Hazırda komandanın üzvləri baş məşqçi Tural Rəfiyevin rəhbərliyi altında təlim-məşqlərini davam etdirirlər.


Bu yazı

8732 dəfə oxunub

Tarix

2017-04-18 17:03:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook