MOK-un baş katibinin müavini Velotrekdə olub




Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev aprelin 20-də Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış olub.

"Olimpnews.az” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və ölkəmizdə velosiped idmanının tarixi, velosiped idmanının inkişafı istiqamətində görülən işlər haqqında Azər Əliyevə ətraflı məlumat verib.

Velotrekdə yaradılan şəraitdən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansındakı Veloparkda da olmaq istədiyini bildirib.




Bu yazı

14228 dəfə oxunub

Tarix

2017-04-21 11:17:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook