Avropa çempionatında tarixi nəticə


Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, 41 ölkədən 369 (226 kişi, 143 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da mübarizə aparıblar. Komandamız Varşavada 11 (9 kişi, 2 qadın) cüdoçu ilə qüvvəsini sınayıb. Yarışın ilk günündə millimizin 4 üzvü tatami üzərinə çıxıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov və 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə Avropa çempionatının bürünc medallarına sahib olublar.

Yarışın ikinci günü Azərbaycan millisi üçün daha uğurlu alınıb. Belə ki, millimiz 1 qızıl və 1 bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Qeyd edək ki, Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu seçilib. Avropa Cüdo Birliyinin rəhbəri Sergey Soloveyçik Azərbaycan cüdoçusuna "Avropanın ən yaxşı gənc cüdoçusu” mükafatını təqdim edib.

Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rüstəm Orucov isə qitə çempionatını bürünc medalla başa vurub. Daha bir qızıl medalı 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov qazanıb. Bununla da, Azərbaycan milli komandası Polşada daha bir tarix yazaraq 2 qızıl və 3 bürünc medalla Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə tamamlayıb. Fərdi yarışlar başa çatdıqdan sonra komandalar arasında qalib müəyyən olunub.

Kişilərin yarışında 16 ölkənin komandası çempionluq uğrunda mübarizə aparıb. Bürünc medal uğrunda həlledici görüşdə komandamıza texniki məğlubiyyət verilib. Buna səbəb isə 90 kq çəki dərəcəsindəki təmsilçimiz Məmmədəli Mehdiyevin zədə səbəbinə görə görüşə çıxmaması olub.



Bu yazı

10741 dəfə oxunub

Tarix

2017-04-25 00:24:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook