Şahmatçılar Naxçıvanda mübarizə aparacaqlar


Azərbaycan növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək.

Olimpnews.az saytının məlumatına görə, mayın 2-dən 11-dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Nakhchivan Open-2017” şahmat festivalı keçiriləcək. İsveçrə sistemi üzrə turnir üç qrupda (A, B, C) keçiriləcək və 9 turdan ibarət olacaq. "A” turnirində birinci mükafatın ümumi fondu 5 min ABŞ dolları təşkil edir.

"Nakhchivan Open-2017” turnirində 9 ölkədən (Azərbaycan, Belarus, Gürcüstan, Bolqarıstan, Almaniya, İran, Rusiya, Türkiyə və Özbəkistan) 42 şahmatçının iştirak edəcəyi gözlənilir.


Bu yazı

25938 dəfə oxunub

Tarix

2017-04-25 17:35:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook