Şəhriyar Məmmədyarov liderliyi davam etdirir




Aprelin 25-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2017” şahmat turnirinin beşinci turunun görüşləri keçirilib.

Şahmatçımız Şəhriyar Məmmədyarov beşinci turda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişna ilə heç-heçə oynayıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə edib.

Beşinci turda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə məğlub olub. ABŞ təmsilçisi Uesli So isə rusiyalı Vladimir Kramniki məğlub edib. Ukraynalı Pavel Elyanov və polşalı Radoslav Voytaşek şahmat taxtasından heç-heçə ilə ayrılıblar.

Beləliklə, beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin yeganə lideridir. Aktivlərində 3 xal olan P.Elyanov və M.Adams 2-3-cü yerləri bölüşdürürlər. V.Topalov, U.So, S.Karyakin və V.Kramnik 2,5 xalla 4-7-ci sıradadırlar. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu yerləri bölüşdürürlər. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.




Bu yazı

26301 dəfə oxunub

Tarix

2017-04-26 09:37:49

Yazını

Çap et

Yazını

Paylaş