Bədii gimnastika üzrə fərdi gimnastlar arasında qaliblər müəyyənləşib-YENİLƏNİR





Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlara aprelin 28-də start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşib.

Bu gün isə final yarışları keçirilir. Artıq fərdi gimnastlar arasında halqa, top, gürz və lentlərdə hərəkətlərdə final yarışlarında medalçılar bəlli olub.

Ikiqat dünya və Avropa çempionu Aleksandra Soldatova bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarında topla hərəkətlərdə 18.400 xalla qızıl medala layiq görülüb. Rusiyalı gimnast halqa (18.450 xal) və gürzlərdə (17.200 xal) isə gümüş medala sahib olub. 

Digər Rusiya gimnastı Arina Averina halqa ilə hərəkətlərdə (18.800 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Averina topda (17.900 xal) və lentdə (16.900 xal) isə 2-ci olub. O, bürünc medalı gürzlə hərəkətlərdə (17.150 xal) qazanıb.

Halqa ilə hərəkətlərdə bürünc medala Belarus gimnastı Alina Harnasko (17.650 xal) layiq görülüb. Topla hərəkətlərdə isə 3-cü yeri bolqar idmançısı Neviana Vladinova (17.150 xal) tutub.
Gürzlərdə İsrail gimnastı Viktoriya Filanovski Veinberq (17.300) 1-ci olub. Lentlə hərəkətlərdə isə Neviana Vladinova (17.600 xal) fərqlənib.



Səadət Hakıyeva




Bu yazı

7409 dəfə oxunub

Tarix

2017-04-30 15:04:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook