Boks yığmamız İslamiadaya hazırlığı davam etdirir




Kişi boksçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın son mərhələsini davam etdirir.

"Olimpnews.az” xəbər verir ki, yığmamız Boks Mərkəzində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü 2 məşqlə başa vurub.

Məşqlərdə təkcə İslamiadada iştirak edəcək 10 boksçu deyil, ümumilikdə yığmanın 25 üzvü iştirak edir. Bu da həm yarışda iştirak edəcək təmsilçilərimiz üçün rəqiblərin olması, həm də ikinci nömrələrin qarşıdakı yarışlar üçün hazırlığına hesablanıb.

Qeyd edək ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilk mərhələsini Bakıda, ikinci mərhələsini Qəbələdə keçiblər.



Bu yazı

26548 dəfə oxunub

Tarix

2017-05-04 12:47:03

Yazını

Çap et

Yazını

Paylaş