Sahib Ələkbərov: “Qələbəmiz bütün dünya idman ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir”




""Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsi də dünənki mərhələ kimi uğurla başa çatdı. Dağlıq ərazilərin çox olduğu 186,5 km məsafəni idmançılarımızın hamısı heç bir problemlə üzləşmədən başa vurdular. Güclü olan velosipedçilər isə qalib gəldilər”.

Bunu jurnalistlərə açıqlamasında "Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov 2-ci mərhələnin yekunlarını şərh edərkən deyib.

O, "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakovun"Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsinin qalibi olmasının sevindirici hal olduğunu vurğulayıb: "Çox yaxşı haldır ki, idmançımız Kiril Pozdnyakov ikinci mərhələnin qalibi oldu. Velosipedçimiz həm lider köynəyini aldı, həm də digər mükafatlara layiq görüldü. Düşünürəm ki, bu hələ başlanğıcdır, gələcəkdə belə mükafatlar çox olacaq. Yarışın yüksək səviyyədə keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkürümü bildirirəm”.

S.Ələkbərov Azərbaycan velosipedçilərinin bu yarışa xüsusi hazırlaşdıqlarını bilidirib: "Komandamızın üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir. Onlar özlərini göstərmək üçün əllərindən gələni edirlər. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə bir nəticəyə nail olmağımız bizim üçün xüsusi məna kəsb edir. Qələbəmiz bütün dünya idman ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir”.



Bu yazı

25082 dəfə oxunub

Tarix

2017-05-05 10:01:36

Yazını

Çap et

Yazını

Paylaş