Tamblinqçilər Ukraynada 3 qızıl medal qazanıblar




Yeniyetmə tamblinqçilər Ukraynanın paytaxtında keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayıblar.
Gimnastlarımız Adil Hacızadə (59,9 xal) və Zeynəb Qasımlı (62,7 xal) çoxnövçülükdə qızıl medala layiq görülüblər. 
Çoxnövçülükdə gümüş medalı isə digər idmançımız Tofiq Əliyev (56, 3 xal) qazanıb. O, həmçinin digər hərəkətlərdə 1 qızıl (62,2 xal) və 1 bürünc (53,3 xal) medala sahib olub.

Bədii gimnastika üzrə qızlardan ibarət qrup komandamız Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərovadan ibarət qrupumuz 15 komandanın iştirak etdiyi yarışda yalnız Rusiya və Bolqarıstandan geri qalıb. Komandamız çoxnövçülükdə 31.800 xalla fəxri kürsünün 3-cü pilləsində yer alıb. Böyüklər arasında fərdi proqramda isə Zöhrə Ağamirova isə hər 4 alətlə çıxışında final mərhələsinə vəsiqə qazanıb. O, çoxnövçülükdə 6-cı (57,567 xal), lentlə çıxışında isə 4-cü yeri (13.900 xal) tutub.

Məlumat üçün bildirək ki, bədii gimnastika üzrə qrup komandamız mayın 19-21-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında yarışacaqlar.






Bu yazı

8293 dəfə oxunub

Tarix

2017-05-08 16:53:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook