Gimnastika üzrə təsnifat yarışlarına start verilib




Mayın 12-də Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə fərdi təsnifat yarışlarına start verilib.

"Olimpnews.az” xəbər verir ki, yarışın birinci günündə gimnastlar fərdi yarışlarda halqa və top ilə hərəkətləri yerinə yetirirlər. Gimnastlar medallar uğrunda mayın 15-dək mübarizə aparacaqlar.

Proqrama əsasən mayın 12 və 13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar təşkil olunacaq. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13 və 14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-I günü keçiriləcək. Bu mötəbər yarışda gimnastika üzrə ümumilikdə 14 ölkədən olan idmançıların çıxış edəcəyi gözlənilir.

IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi bədii gimnastlarımız Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastlarımız Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.





Bu yazı

7796 dəfə oxunub

Tarix

2017-05-12 12:48:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook