Sudo döyüş sənəti reallığa söykənir

Dünyada döyüş növləri kifayət qədərdir və bunların əksəriyyəti çox populyardır. Azərbaycan milli əlbəyaxa döyüş sənəti sudo da gənclərin sevimli idman növüdür. Sudo sözünün Azərbaycan dilində açıqlaması belədir: S-”süpürgə fəndləri”, U-”üslubunda”, DO-”döyüş”.

Sudo - fəndləri və kombinasiyaları illərdən bəri yüksək ustalıqla işlənilib hazırlanmış unikal döyüş sənətidir. Onun texnikasının arsenalına real əlbəyaxa döyüşlərdə istifadəsi mümkün olan fəndlər daxildir: "süpürgə fəndləri” əl və ayaq zərbələri, boğucu fəndlər, əllərə və ayaqlara vurulan ağrıdıcı zərbələr. Dünyada yayılan bir sıra döyüş növlərində qurşaq və çiyin hissələrinin köməyi ilə yıxma fəndləri mövcuddur. Lakin onların heç biri sudonun arsenalına daxil edilməyib. Səbəb isə çox sadədir: bu cür yıxma fəndlərindən real döyüşdə istifadə etmək hər zaman mümkün deyil. Məsələn, ağır çəkili döyüşçü yüngül çəkili rəqibini yuxarı qaldıraraq ona qarşı yıxma fəndlərindən istifadə edə bilir. Yüngül çəkili döyüşçü isə özündən ağır olan rəqibi ilə mübarizədə bu fəndlərdən lazımi qədər istifadə edə bilmir, maneələrlə üzləşir. Məhz bu baxımdan sudo döyüş sənətində yalnız real hərəkətlərin yer aldığını deyə bilərik. Bu döyüş sənəti bütün məsafələrdə maksimum effektivliyi təmin edir.

Sudo döyüşçüsü uzaq (ayaq zərbələri), orta (əl zərbələri) və yaxın (yuxarıdan tutmaq) zərbələrdən asanlıqla yararlanır. Həmçinin bu növ bütün situasiyalarda effektivliyi gözləyir. Belə ki, bu növlə məşğul olan döyüşçü ayaq üstə, diz üstə, oturaq vəziyyətdə, üzbəüz, yan tərəfdən, arxa tərəfdən hücum etmək imkanına malikdir. Sudo döyüşçüsü eyni vaxtda bir neçə rəqiblə (silahla və silahsız) mübarizə aparmaq iqtidarındadır.

Sabir Süleyman,
qrandmaster



Bu yazı

10663 dəfə oxunub

Tarix

2017-05-13 12:31:57

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook