Azərbaycan yığması liderliyi qoruyur




Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

Mayın 20-də, yarışların 8-ci günündə Azərbaycan komandası medal siyahısında liderliyi davam etdirir. Komandamızın hesabında hazırda 134 medal (66 qızıl, 39 gümüş və 29 bürünc) var.
Mayın 20-də idmançılarımız 10 medal qazanıblar. Bu medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı sərbəst güləşçilərimiz yazdırıblar. Sərbəst güləş yarışlarının ikinci günündə pəhləvanlarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Türkiyə yığması ikinci sırada qərarlaşıb. Hazırda qardaş ölkənin hesabında 172 medal (65-58-49) var.
3-cü yeri tutan İran idmançıları İslamiadada 82 medal (24-25-33) əldə ediblər. Oyunların səkkizinci günündə iranlı atletlər 8 medal (4-1-3) qazanıblar.
Ümumilikdə, yarışların 8 günü ərzində yalnız 37 ölkənin idmançıları medal qazana biliblər.

Yarışlara mayın 22-də yekun vurulacaq. 




Bu yazı

17914 dəfə oxunub

Tarix

2017-05-21 09:14:44

Yazını

Çap et

Yazını

Paylaş