Hər iki komandamız basketbol 3x3 yarışlarının qalibi olub



IV İslam Həmrəyliyi Oyunlarında həm kişilər, həm də qadınlar arasında basketbol 3x3 yarışları idmançılarımızın qələbəsi ilə başa çatıb.
Qadın basketbolçularımız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib olublar. Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəlib.
Kişi basketbolçuların yarışının final görüşündə Azərbaycan yığma komandası Qətər millisinə 13:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Üçüncü yer uğrunda oyunda Türkiyə yığması Türkmənistan millisi üzərində 17:10 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olub.
Xatırladaq ki, qrup mərhələsində uğurla çıxış edən Azərbaycanın qadın basketbolçuları dörddəbir finalda İndoneziyanı 20:9 hesabı ilə məğlubiyyətə uğradıblar. Komandamız yarımfinalda Türkiyə yığmasına 17:7 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Kişi basketbolçularımız isə qrup mərhələsindən sonra finala gedən yolda İndoneziya yığmasını 21:13, Türkiyə millisini isə 19:14 hesabı ilə məğlubiyyətə uğradıblar.




Bu yazı

9268 dəfə oxunub

Tarix

2017-05-22 10:18:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook