Gənc pəhləvanlarımız Antalyadan 6 medalla qayıdıblar




Antalyada gənclər arasında 20-ci "Çempionlar” beynəlxalq turniri keçirilib. Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak ediblər.

"Olimpnews.az” xəbər verir ki, pəhləvanlarımız yarışdan 1 qızıl və 5 bürünc medalla qayıdıblar.
Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan sərbəst güləşçilərimiz turniri 1 qızıl və 3 bürünc medalla tamamlayıblar.
Turnirdə 66 kq-da mübarizə aparan Pənah İlyaslı bütün rəqiblərindən üstün olaraq qızıl medala sahib olub. Şahin Muxtarov (50 kq), Abubakr Abakarov (74 kq) və Asxab Həmzətov (96 kq) isə bürünc medal qazanıblar.
Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan gənc qızlarımız isə yarışı 2 bürünc medalla başa vurublar. Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (51 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
On iki ölkədən 400-ə yaxın idmançının mübarizə apardığı turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.




Bu yazı

6327 dəfə oxunub

Tarix

2017-05-24 12:23:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook