Maksim Averin 1 il 3 müddıtinə idmandan uzaqlaşdırılıb




Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qanında qadağan olunmuş meldonium maddəsi tapılan velosipedçimiz Maksim Averinlə bağlı qərarını açıqlayıb.

"Olimpnews.az” xəbər verir ki, Azərbaycanın elit yığması və "Synergy Baku” kontinental komandasının üzvü diskvalifikasiya edilib. Ötən ilin dekabrında çiynindən cərrahiyyə əməliyyatı olunan Maksim Averin bu preparatdan həkimin tövsiyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir. Bu səbəbdən də Beynəlxalq Velosipedçilər İttifaqı qəbulu qadağan edilmiş meldonium preparatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq uzunmüddətli cəzadan vaz keçib və Maksim Averin 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.
Xatırladaq ki, bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük "İstiran Spring Trophy” yarışı zamanı Maksim Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün, Beynəlxalq Velosipedçilər İttifaqı və Beynəlxalq Antdopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılmışdı.



Bu yazı

20729 dəfə oxunub

Tarix

2017-05-24 12:55:45

Yazını

Çap et

Yazını

Paylaş