Gimnastlarımız Dünya kubokunu 5-ci yerdə başa vurublar




Aerobika üzrə yığma komandamızın üzvləri Portuqaliyanın Kantanedi şəhərində keçirilən Dünya kubokunda iştirak ediblər. Yarışda 18 ölkənin idmançıları mübarizə aparıblar. 

"Olimpnews.az"ın məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən gimnastlarımız 3 proqram üzrə çıxış ediblər. Fərdi yarışlarda mübarizə aparan idmançımız Vladimir Dolmatov yarışları 11-ci yerdə (19.850 xal) başa vurub. Vladimir Dolmatov və Nərminə Hüseynovadan ibarət cütlüyümüz isə də eyni nəticəni (11-ci yer) göstərib.
Ölkəmizi Portuqaliyada təmsil edən gimnastlarımızdan ən yaxşı nəticəni üçlükdə çıxış edən Elçin Məmmədov, Emil Quliyev və İmran İmranov göstərib. Üçlüyümüz final mərhələsində 19.750 xal toplayaraq, turniri 5-ci yerdə başa vurublar.



Bu yazı

7307 dəfə oxunub

Tarix

2017-05-31 15:23:39

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook