Millimizdən ardıcıl iki qələbə


Bakıda qadın voleybolçular arasında DÇ-2018-in seçmə mərhələsi davam edir. Olimpnews.az saytının məlumatına görə, milli komandamızın çıxış etdiyi E qrupunda iki tur artıq geridə qalıb. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız Ukrayna millisini sınağa çəkib.

Bakı İdman Oyunları Sarayında təşkil olunan matçda voleybolçularımız əsas rəqiblərindən biri hesab olunan ukraynalıları məğlub ediblər. Faiq Qarayevin yetirmələri rəqbilərinə set vermədən qalib gəliblər. Belə ki, ilk setdə üstünlüyü əla alan komandamız hissəni 7 top irəlidə başa vurublar. İkinci set isə qarşılıqlı hücumlar şəraitində keçib. Hətta Ukrayna millisi birinci texniki fasiləyə üstün də çıxıb. Lakin təmsilçimiz onlara hesabı bərabərləşdirmək şansı verməyib. Qazandığımız ardıcıl xallar yığmamızın fərqi artırması ilə nəticələnib - 2:0.

Üçüncü hissədə də rəqibin dönüş yaratmaq istəyinə voleybolçularımız mane olublar. Texniki fasilələrə geridə çıxan millimiz setin sonlarında toparlanmaığı bacarıb. Onlar bu dəfə hissəni 25:21 hesabı ilə aktivinə yazıblar. Bu qəbələ komandamızı final mərhələsinə bir addım da yaxınlaşdırıb. Qeyd edək ki, təmsilçimiz ilk görüşdə Norveç millisini məğlub etmişdi.

Günün ilk görüşündə qrupumuzun digər favoriti Hollandiya Norveç yığması ilə üz-üzə gəlib. "Narıncılar" da matçı 3:0 hesabı ilə xeyirlərinə başa vurublar.

Üçüncü oyunda isə Danimarka İsrail komandası qarşısında aciz qalıb - 0:3.

DÇ-2018-in seçmə mərhələsi
E qrupu
II tur
Danimarka - İsrail - 0:3 (22:25, 19:25, 18:25)

Hollandiya - Norveç - 3:0 (25:11, 25:14, 25:13)

Ukrayna - Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)

                      O  Q  M    S         T         X
1. Hollandiya   2   2   0   6-0   150-72    6
2. Azərbaycan 2   2   0   6-0   150-86    6
3. Ukrayna      2   1   1   3-3   130-128  3
4. İsrail            2   1   1   3-3   128-134  3
5. Danimarka   2   0   2   0-6    93-150   0
6. Norveç        2   0   2   0-6    69-150   0


Bu yazı

14048 dəfə oxunub

Tarix

2017-06-01 00:05:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook