Yeniyetmə güləşçilərin yarışı keçirilib




"Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərindəki 136 nömrəli tam orta məktəbdə 14-16 yaşlı idmançılar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib.
Açılış mərasimində 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarının nümunəvi çıxışları təşkil olunub.
On çəki dərəcəsi üzrə 120 idmançının iştirak etdiyi yarışlarda birinci yerə "Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, ikinci yerə Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, üçüncü yerə "Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüblər.
Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.




Bu yazı

8194 dəfə oxunub

Tarix

2017-06-02 10:09:51

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook