Gənc pəhləvanlar Rustavidə yarışacaqlar




İyunun 6-7-də Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək. 
"Olimpnews.az"ın məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər.

Yarışda ölkəmizi böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında 10 güləşçimiz - Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək.

Həmyerlimiz Elgün Məmmədov beynəlxalq dərəcəli hakim kimi görüşləri idarə edəcək.

Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Hersoqoviniyada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda keçiriləcək.



Bu yazı

9793 dəfə oxunub

Tarix

2017-06-02 12:29:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook