Tomas Bax təkzib edir




Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Olimpiada-2024 və Olimpiada-2028 turnirinin Paris və Los-Anceles şəhərlərinə razılaşma əsasında verilməsi barədə xəbərin həqiqətə uyğun olmadığını deyib.

"Olimpnews.az"ın məlumatına görə, 2024-cü ildə keçiriləcək yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda yalnız 2 şəhər – Paris və Los-Anceles mübarizə aparır. Bir müddət bundan əvvəl Los-Anceles şəhərinin meri Erik Qarsetti bildirib ki, BOK onlardan Olimpiada-2024-ü Parisə güzəştə getməyi xahiş edib. Əvəzində isə Olimpiada-2028 turnirinə ev sahibliyinin onlara veriləciyini deyib.
Tomas Bax isə bu iddiaları rədd edərək deyib: "Səsvermə olmalıdır. Hansı ssenari olursa olsun, burada BOK üzvləri mütləq səs verməlidirlər”.

Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibinin adı bu ilin sentyabrında BOK İcraiyyə Komitəsinin Limada keçirilən iclasında açıqlanacaq.



Bu yazı

7001 dəfə oxunub

Tarix

2017-06-06 11:11:36

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook