Gənc pəhləvanlar Rustavidə 4 medal qazanıblar



Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir. 

"Olimpnews.az" xəbər verir ki, yarışlara iyunun 6-da start verilib. Turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edirlər.  Yarışda böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz ilk yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Turnirdə 42 kq-da mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib.
Əsgər Əlizadə (50 kq) də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə, həmçinin günün "Ən texnikalı güləşçi” mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub.
Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb.
Turnirin ikinci günündə 46 kq, 54 kq, 63 kq, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edir. Yarışlara sabah yekun vurulacaq. 
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Hersoqoviniyada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda keçiriləcək.




Bu yazı

6514 dəfə oxunub

Tarix

2017-06-07 10:09:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook