Los-Anceles Olimpiada-2024 uğrunda mübarizədə Parisə güzəştə gedib




Əvvəlcədən xəbər verdiyimiz kimi, 2024-cü ildə keçiriləcək yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda Fransanın Paris və ABŞ-ın Los-Anceıes şəhərləri mübarizə aparırdı. 

"Olimpnews.az"ın məlumatına görə, Olimpiada-2024-ün ev sahibinin adı Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin bu il sentyabrın 13-də Limada keçiriləcək iclasında açıqlanmalı idi. Amma Los-Anceles şəhəri vaxtından əvvəl olimpiada uğrunda mübarizədə Parisə güzəştə getdiyini bəyan edib.

Los-Anceles ərizə komitəsinin prezidenti Keysi Vasserman bu qərarın şəhərin beynəlxalq Olimpiya Hərəkatının maraqlarına xidmət etməsi ilə bağlı olduğunu deyib: "Bizim namizədlik ərizəmiz vahid, rəngarəng və qonaqpərvər bir şəhəri- Los Ancelesi əks erdirir. Biz istəyirik ki, BOK və dünya idman ictimaiyyəti bilsin ki, ölkəmiz və namizəd şəhərimiz Olimpiya Hərakatına, olimpiya ənənələrinə sadiqdir”, - deyə Keysi Vasserman bildirib.

Məlumat üçün bildirək ki, növbəti yay Olimpiya Oyunları 2020-ci ilin yayında Yaponiyanın Tokio şəhərində keçiriləcək.



Bu yazı

8019 dəfə oxunub

Tarix

2017-06-08 16:35:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook