8 ölkənin boksçuları Naxçıvanda mübarizə aparacaqlar

İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək.

Olimpnews.az saytının məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcəklər.

İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışda baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə iştirak edəcək.

Qeyd edək ki, 2001-2002-ci illər təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.





Bu yazı

9893 dəfə oxunub

Tarix

2017-06-09 15:07:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook