Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub



Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Bakı Boks Mərkəzində təşkil edilən yarışda ölkənin müxtəlif şəhər və rayonları təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparıb.

"Olimpnews.az”ın məlumatına görə, 6 gün davam edən yarışın yekununda ən güclülərin adlarına aydınıq gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Nihad Qurbanlı (37 kq, "Neftçi”), Zaur Qəhrəmanov (38,5 kq, "Gilan”,), Elbrus Adıgözəlov (40 kq, "Qəbələ”), Fikrət Zeynalov (41 kq, Gəncə), Əli Gözəlov (43 kq, Sumqayıt), Əsəd Ağayev (44 kq, Cəlilabad), Əli Qəmbərov (46 kq, Sumqayıt), Nicat Kərimov (48 kq, Gəncə), Elmar Abbasov (50 kq, "Rabitə”), Sənan Mehdiyev (52 kq, "Rabitə”), Seymur Nəzərli (54 kq, Sumqayıt), Fuad Bayramov (56 kq, "Rabitə”), Akif Əzizov (59 kq, Neftçala), İsa Novruzlu (62 kq, "Qalib”), Baloğlan Əkbərov (65 kq, Hacıqabul), Nurlan Hüseynquluyev (68 kq, "Zenit”), Cəfər Heydərov (72 kq, Cəlilabad) və Rəvan Hüseynov (76 kq, "Gilan”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

2003-2004-cü illər təvəllüdlü boksçular arasında keçirilən yarışda komanda hesabında Sumqayıt idmançıları bütün rəqiblərini qabaqlayıblar. İkinci pillə "Rabitə”yə, üçüncü yer Gəncəyə qismət olub.

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.




Bu yazı

14298 dəfə oxunub

Tarix

2017-06-09 12:48:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook