Gimnastika üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilir





Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə 24-cü Azərbaycan birinciliyinə start verilib.

"Olimpnews”.az-ın məlumatına görə, iki gün davam edəcək turnirdə ümumilikdə 134 gimnast qüvvəsini sınayır. Medallar uğrunda Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq" Sport Klubu, "Neftçi" İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı gimnastları mübarizə aparırlar.
Yarışların ilk günündə yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında qadın idman gimnastları çoxnövçülük üzrə təsnifat yarışlarında çıxış ediblər. BGM, "Ocaq Sport” klubunun gimnastları xüsusilə fərqləniblər.
Mükafatlandırma mərasimindən sonra akrobatlar mübarizəyə qoşulacaqlar. Qadınlar arasında gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında qrup, cütlük və qarışıq cütlüklər, eləcə də kişi cütlükləri medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü akrobatların çıxışları ilə davam edəcək.
Yarışın sonunda medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Yarışlara gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər yaş qrupunda idmançıların çıxışları ilə yekun vurulacaq.






Bu yazı

7155 dəfə oxunub

Tarix

2017-06-09 17:44:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook