5 yaşlı uşaq rekorda imza atdı



5 yaşlı uşaq Azərbaycan şahmat tarixində yeni rekorda imza atıb.
Bakıda yerləşən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb. 5 yaşlı uşaq 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.
"Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.
Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşağa məxsus idi.






Bu yazı

29711 dəfə oxunub

Tarix

2017-06-12 10:22:29

Yazını

Çap et

Yazını

Paylaş