Gimnastika üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub


İyunun 9-10-da Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə 24-cü Azərbaycan birinciliyi keçirilib.

"Olimpnews.az" xəbər verir ki, iki gün davam edən turnirdə ümumilikdə 134 gimnast qüvvəsini sınayıb. Medallar uğrunda Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq" Sport Klubu, "Neftçi" İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı gimnastları mübarizə aparıblar. Yarışların ilk günündə yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında qadın idman gimnastları çoxnövçülük üzrə təsnifat yarışlarında çıxış ediblər.
Akrobatların yarışında qadınlar arasında gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında qrup, cütlük və qarışıq cütlüklər, eləcə də kişi cütlükləri medallar uğrunda mübarizə aparıblar. Turnirin sonuncu günündə medallar uğrunda kişi idman gimnastları qüvvələrini sınayıblar. Yarışlara gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər yaş qrupunda çıxış edən idmançıların çıxışı ilə yarışlara yekun vurulub.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "OcaqSport” İdman Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərinin təmsilçiləri xüsusilə fərqləniblər.









Bu yazı

8402 dəfə oxunub

Tarix

2017-06-12 11:25:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook