Tokio-2020 boks yarışlarının proqramında dəyişiklik edilib




Tokio-2020 Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsinə əsasən, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Yaponiyada mübarizə aparacaq boksçuların çəki dərəcələri ilə bağlı qərar verib. 

Yeni proqrama görə, Tokio-2020 Olimpiadasında boks üzrə yarışlarda 13 dəst medal oynanılacaq. Ancaq növbəti olimpiadada kişi boksçular medallar uğrunda əvvəlki kimi 10 deyil, 8 çəki dərəcəsində mübarizə aparacaqlar. Əvəzində qadın boksçularda iki çəki dərəcəsi artırılaraq, beşə çatdırılıb. BOK bu qərarı gender balansının qorunması ilə izah edib.

Olimpiya proqramında dəyişikliklərlə bağlı AİBA tərkibindəki müvafiq komissiyalarla müzakirələr aparıb, optimal variantların tapılmasını tapşırıb. Həmin komissiyaların işinin nəticəsi isə iyulun sonunda bir araya gələcək İcraiyyə Komitəsinin illik yığıncağında müzakirəyə çıxarılacaq. İclasda Tokio-2020 Olimpiya Oyunlarında boks yarışlarının hansı çəki dərəcələrində olacağı təsdiqlənəcək.



Bu yazı

11156 dəfə oxunub

Tarix

2017-06-13 10:00:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook