I Avropa Oyunlarında çəkilən şəkil ən yaxşılardan biri seçilib


Amerika Birləşmiş Ştatlarının "Getty İmages” foto agentliyi tərəfindən 11 ən yaxşı idman fotosu təqdim edilib.

Olimpnews.az saytının məlumatına görə, bu fotolardan biri ispaniyalı fotoqraf Devid Ramosun I Avropa Oyunları zamanı Bakıda lentə aldığı şəkildir. Həmin şəkildə britaniyalı üzgüçü Rebeka Şervin yarış zamanı təsvir olunub.

Məlumat üçün bildirək ki, "Getty İmages” foto agentliyi 1995-ci ildən fəaliyyət göstərir və dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.


Bu yazı

15308 dəfə oxunub

Tarix

2017-06-13 12:52:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook