Avropa kuboku başa çatıb

Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. 28 ölkədən 516 (298 oğlan, 218 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan millisi də qüvvəsini sınayıb.

Olimpnews.az saytının məlumatına görə, komandamız turnirdə 17 (12 oğlan, 5 qız) idmançı ilə təmsil olunub. Cüdoçularımızdan yalnız 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova mükafatçılar sırasında yer alıb. IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya məğlub olan cüdoçumuz üçüncü yer uğrunda mübarizə aparıb. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Nəzakət Əzizova bürünc medala sahib çıxıb.

Komandamızın digər üzvləri Ağabəy Ağazadə (55 kq) və Musa Şəkərəliyev (100 kq) beşinci yeri tutub.



Bu yazı

12379 dəfə oxunub

Tarix

2017-06-13 09:36:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook