Rio-2016 Olimpiadasının proqramından 2024-cü ildə də istifadə ediləcək


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi təklif edib ki, Rio-2016 Olimpiadasında olan bütün idman növləri 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının proqramında yer alsın.

Olimpnews.az saytının məlumatına görə, əsas məsələ ağırlıqqaldırma idman növü ilə bağlıdır. Çünki Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bu növdə mübarizə aparan idmançıların dopinqlə bağlı son hesabatlarını BOK-a təqdim etməlidir.

Əgər Olimpiya proqramında dəyişiklik edilməsə, idmançılar 2024-cü ildə 28 idman növü üzrə mübarizə aparacaqlar.



Bu yazı

14059 dəfə oxunub

Tarix

2017-06-13 17:28:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook