Formula-1 yarışları ilə əlaqədar marşrut xəttində dəyişiklik edilib




Bakıda keçiriləcək Formula-1 üzrə Qran-pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib. Marşrut xətləri üzrə dəyişikliklər iyunun 17-si üçün planlaşdırılsa da, "Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5, 6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.
M.Ağayev qeyd edib ki, hərəkət trayektoriyası dəyişdirilən marşrut xətlərinə 1, 2, 4, 5, 6, 8,14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli avtobuslar daxildir.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyun ayının 23-25-də keçiriləcək.



Bu yazı

21741 dəfə oxunub

Tarix

2017-06-16 17:17:42

Yazını

Çap et

Yazını

Paylaş