Ronaldodan növbəti örnək addım - FOTOLAR + VİDEO


Rusiyada təşkil olunan Konfederasiyalar kuboku davam edir. Olimpnews.az saytının məlumatına görə, Rusiya – Portuqaliya qarşılaşmasından əvvəl maraqlı an yaşanıb. Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo meydana əlil arabasında olan 10 yaşlı Polina Xaeredinova ilə çıxıb. Futbolçunun bu hərəkəti meydana toplaşmış azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Sonra Ronaldo öz idman gödəkçəsini həmin qıza hədiyyə edib.


10 yaşlı Polina görüşdən sonra sevincini belə bölüşüb: "Biz meydana çıxanda o məni öpdü və qucaqladı. Mən isə Ronaldoya üzərində Portuqaliyanın bayrağı əks olunan bilərzik bağışladım. Bu, mənim həyatımda ən xoşbəxt gün idi”.

Qeyd edək ki, Rusiya – Portuqaliya matçı 0:1 hesabı ilə başa çatıb. Ronaldonun vurduğu yeganə qol portuqaliyalılara 3 xal qazandırıb.




Bu yazı

15916 dəfə oxunub

Tarix

2017-06-22 15:43:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook