Azərbaycan taekvandoçu dünya çempionu oldu


Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Milad Beigi Hərçəqani Koreya Respublikasında keçirilən dünya çempionatının qalibi olub.

Olimpnews.az saytının məlumatına görə, yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz M.Hərçəqani final qarşılaşmasında rusiyalı rəqibi, 2013-cü il dünya çempionatının bürünc medalçısı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatını bürünc medalla başa vurub.


Bu yazı

11065 dəfə oxunub

Tarix

2017-06-30 15:48:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook