«Sportsman» jurnalının yeni sayı işıq üzü görüb


«Sportsman» jurnalı yenidən oxucularla görüşə gəlib. 

Olimpnews.az saytının məlumatına görə, jurnalın yeni sayı özünün dizaynı və yazılarının rəngarəngliyi ilə seçilir.

Yeni sayda oxucular ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş məlumat əldə edə bilərlər. Ayrı-ayrı idman növlərindən geniş məqalə dərc olunan bu sayda oxucular Azərbaycan idmançılarının bu oyunlarda əldə etdikləri nəticələrlə tanış olacaqlar.

Bununla yanaşı, komanda idman növlərində qazanılan uğurlu nəticələr təhlil olunub.

Tanınmış idman mütəxəssislərinin IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirləri də oxucularda maraq yaradacaq.





Bu yazı

5891 dəfə oxunub

Tarix

2017-07-11 10:19:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook