XXXI Yay Olimpiya Oyunlarının keçirilməsinə 13,2 milyard dollar xərclənib


2016-cı ildə keçirilən Rio-de Janeyro Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi çəkilən xərclərin miqdarını açıqlayıb.

Olimpnews.az saytının məlumatına görə, olimpiadanın təşkilinə 13,2 milyard dollar xərclənib. Bu vəsaitin 2,2 milyardı idman obyektlərinin tikintisinə sərf olunub. Şəhərdə aparılan infrastruktur dəyişikliyinə isə 8,8 milyard dollar lazım olub. Təşkilat Komitəsinin büdcəsinə 2,2 milyard köçürülüb. Qeyd edək ki, 2009-cu ildə Təşkilat Komitəsinin verdiyi açıqlamada Olimpiadanın keçirilməsinə cəmi 8,8 milyard dollar tələb olunduğu proqnozlaşdırılmışdı.

Təşkilat Komitəsi müxtəlif təşkilatlardan kredit şəklində götürülmüş 40 milyon dollar borcun olduğunu da bildirib. Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək həmin borcun ödənilməsinə kömək göstərilməsini istəyir. Bu məsələ gələn həftə BOK-un rəhbərliyi ilə keçirilən görüşdə müzakirə ediləcək.


Bu yazı

9999 dəfə oxunub

Tarix

2017-07-11 11:46:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook